Miqrantların saxlanılması mərkəzinə ayinlərlə əlaqədar din xadimləri dəvət oluna bilər
sizinxeber.az xəbər saytı

Miqrantların saxlanılması mərkəzinə ayinlərlə əlaqədar din xadimləri dəvət oluna bilər


Qanunsuz miqrantların saxlanılması mərkəzində saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin xahişi ilə Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçmiş dini birliklərdən onlara mənəvi yardım göstərilməsi və dini ayinlərin icra edilməsi üçün din xadimləri dəvət oluna bilərlər.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Miqrasiya Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Mərkəzdə saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin vicdan və dini azadlığına təminat veriləcək. Onlar Mərkəzdə dini ayinləri yerinə yetirmək, dini ləvazimatdan və ədəbiyyatdan istifadə etmək hüququna malikdirlər. Dini ayinlərin yerinə yetirilməsi üçün Mərkəzin rəisi tərəfindən müvafiq şərait yaradılacaq. Mərkəzdə saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin saxlandıqları yaşayış otaqlarında və yaxud bu məqsədlər üçün nəzərdə tutulmuş xüsusi otaqlarda dini ayinlərin yerinə yetirilməsi Mərkəzdə saxlanılan digər əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqlarını pozmamalıdır.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Oxşar xəbərlər

Miqrantların saxlanılması mərkəzindəki əcnəbilər tərəfindən sovqat alınması qaydası müəyyənləşir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Saxlanılan əcnəbilər yeməkdən imtina etdikdə görüləcək tədbirlər məlum olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ölən miqrantların hansı halda dövlət vəsaiti hesabına dəfn ediləcəyi məlum olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Miqrasiya Məcəlləsinə təklif olunan dəyişikliklər I oxunuşda qəbul edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Psixi pozuntu halları olan qanunsuz miqrantlarla əlaqədar həyata keçiriləcək tədbirlər açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər