Minatəmizləmə maşınlarının operativ nəqliyyat vasitələri hesab edilməsi I oxunuşda qəbul edilib
Milli Məclis minatəmizləmə əməliyyatlarında istifadə edilən xüsusi təyinatlı nəqliyyat vasitələrinin operativ nəqliyyat vasitələri hesab edilməsini birinci oxunuşda təsdiqləyib.
“Report” xəbər verir ki, bununla bağlı “Yol hərəkəti haqqında” qanun təklif edilən dəyişiklik layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Layihədə qeyd olunub ki, səlahiyyətli qurumun minatəmizləmə əməliyyatlarında təcili və təxirəsalınmaz tədbirlərin yerinə yetirilməsi, habelə partlayıcı sursatların daşınmasında istifadə edilən xüsusi təyinatlı nəqliyyat vasitələri operativ nəqliyyat vasitələri hesab ediləcək.
Məlumat üçün bildirək ki, hazırda yanğından mühafizə, polis, təcili tibbi yardım, qəza-xilasetmə bölmələrinin, hərbi avtomobil müfəttişliyinin və feldyeger rabitəsi orqanının, funksional tapşırıqlarının yerinə yetirilməsi, pul mədaxilinin inkassasiyası və qiymətli yüklərin daşınması, Azərbaycanın ali vəzifəli şəxslərinin mühafizəsi vəzifələrinin icrası üçün nəzərdə tutulan, milli operatora məxsus olan və poçtun daşınmasında istifadə edilən avtomobillər operativ nəqliyyat vasitələri siyahısında yer alıb.
Dəyişiklik layihəsi səsverməyə qoyularaq qəbul edilib.
Oxşar xəbərlər
Minatəmizləmə fəaliyyəti üçün qiymətləndirmənin keçirilməsi ilk oxunuşda təsdiqlənib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xaric edilən kursantların müddətli həqiqi hərbi xidmətə göndərilməsi birinci oxunuşda təsdiqlənib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Minatəmizləmə fəaliyyəti haqqında” yeni qanun layihəsi I oxunuşda təsdiqlənib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nəqliyyat vasitələrindən bayıra zibil atanların 4 min manatadək cərimələnməsi birinci oxunuşda təsdiqlənib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Silahlı Qüvvələrin əmlakı və maddi-texniki təminatı ilə bağlı dəyişiklik birinci oxunuşda təsdiqlənib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












