Milli Məclisin deputatları Özbəkistanda parlament seçkilərini müşahidə edəcəklər
Milli Məclisin bir qrup deputatı Özbəkistanda oktyabrın 27-də keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün Daşkənd şəhərinə səfər edəcəklər.
“Sizinxeber.az”a parlamentdən verilən məlumata görə, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, deputat Ağalar Vəliyev TÜRKPA xətti ilə, deputat Səbinə Salmanova MDB PA xətti ilə, deputatlar Qaya Məmmədov və Azay Quliyev ATƏT PA xətti ilə Özbəkistan Ali Məclisinin Qanunvericilik Palatasına seçkilərin hazırlıq səviyyəsi ilə maraqlanacaqlar, bir sıra seçki məntəqələrində yaradılmış şəraitlə yaxından tanış olacaqlar, səsvermə günü vətəndaşların fəallığını və səslərin sayılması prosesini izləyəcəklər.
Deputatların səfəri oktyabrın 29-da başa çatacaq.
Oxşar xəbərlər
Azərbaycanlı deputatlar Qazaxıstanda referendumu müşahidə edəcəklər
Milli Məclisin komitə sədri Moldovada seçkiləri müşahidə edəcək
Milli Məclisin deputatı ATƏT-in konfransında iştirak edəcək
Özbəkistanda parlament seçkilərində erkən səsvermənin vaxtı məlum olub
VII çağırış Milli Məclisin ilk iclasına sədrliyi Ziyad Səmədzadə edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
