MM Azərbaycanla Səudiyyə Ərəbistanı arasında iki Anlaşma Memorandumunu ratifikasiya edib
Milli Məclis Azərbaycanla Səudiyyə Ərəbistanı arasında iki Anlaşma Memorandumunu ratifikasiya edib.
“Sizinxeber.az”un məlumatına görə, bununla bağlı məsələ parlamentin iyulun 4-də keçirilən növbədənkənar sessiyası üzrə növbəti iclasında müzakirəyə çıxarılıb.
İclasda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyi arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Nəqliyyat Baş İdarəsi arasında “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair 1978-ci il tarixli Beynəlxalq Konvensiya”nın (əlavələrlə) I/10 qaydasına uyğun olaraq sertifikatların qarşılıqlı tanınmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında qanun layihələri barədə məlumat verilib.
Hər iki layihə səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.
Oxşar xəbərlər
Milli Məclis Azərbaycan və Səudiyyə Ərəbistanı arasında imzalanmış iki Memorandumu ratifikasiya edəcək
Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb
Səudiyyə Ərəbistanı ilə “yaşıl enerji” tərəfdaşlığını genişləndirən sənədlər imzalanıb - FOTO
Azərbaycan və Səudiyyə Ərəbistanı diplomatlar üçün viza tələbini ləğv edir
Azərbaycanla Səudiyyə Ərəbistanı arasında xüsusi pasport sahibləri qısamüddətli vizadan azad edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“Balaca Heydərin iki oğlu var” - Prezident
-
Oyun zamanı meydançada öldü
-
Bayramda işlədiklərinə görə kimlərə əlavə maaş ödənilir? - Hüquq müdafiəçisindən açıqlama
-
Emin Ağalarov Prezident İlham Əliyevin doğum günü ilə əlaqədar paylaşım edib
-
"YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı
-
“Sehrli Yeni İl” nağıl tamaşası səhnədə!












