Milli Məclis Azərbaycan və Səudiyyə Ərəbistanı arasında imzalanmış iki Memorandumu ratifikasiya edəcək
Milli Məclis Azərbaycan və Səudiyyə Ərəbistanı arasında imzalanmış iki Anlaşma Memorandumunu ratifikasiya edəcək.
Sizinxeber.az-nın xəbərinə görə, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclasında “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Ətraf Mühit, Su və Kənd Təsərrüfatı Nazirliyi arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə” və “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Nəqliyyat Baş İdarəsi arasında “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair 1978-ci il tarixli Beynəlxalq Konvensiya”nın (əlavələrlə) I/10 qaydasına uyğun olaraq sertifikatların qarşılıqlı tanınmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında qanun layihələri müzakirəyə çıxarılıb.
Hər iki sənəd parlamentin plenar iclasına tövsiyə olunub.
Oxşar xəbərlər
Səudiyyə Ərəbistanı ilə “yaşıl enerji” tərəfdaşlığını genişləndirən sənədlər imzalanıb - FOTO
Azərbaycan ilə Pakistan arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub - YENİLƏNİB
Azərbaycan və Rusiya bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq edəcək
Prezident İlham Əliyev Çernobbioda Səudiyyə Ərəbistanının investisiya naziri ilə görüşüb - YENİLƏNİB
Azərbaycanla Rusiya bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













