Muxtar Babayev: Azərbaycanda ötən il 8 milyondan çox ağac əkilib
sizinxeber.az xəbər saytı

Muxtar Babayev: Azərbaycanda ötən il 8 milyondan çox ağac əkilib


Azərbaycanda ötən il 8 milyondan çox ağac əkilib.

"Sizinxeber.az"un Şimal bürosunun məlumatına görə, bu sözləri Şimal bölgəsində ağacəkmə aksiyasında ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bildirib.

Nazir vurğulayıb ki, 2024-cü ildə təkcə Qubada "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində icra orqanları tərəfindən 20 mindən çox ağac əkilib.

"Bugünkü agacəkmə aksiyaları 2 Fevral - Gənclər Gününə həsr olunub. Sevindirici haldır ki, ictimaiyyət nümayəndələri də ağacəkmə prosesində fəal iştirak edir. Aksiyalar çərçivəsində əkilən ağacların inkişaf etməsinə də xüsusi diqqət yetirilir", - M.Babayev deyib.

Qeyd edək ki, meşəbərpa tədbirləri çərçivəsində Quba, Qusar, Xaçmaz və Şabran rayonlarının meşə fondu torpaqlarının açıq və seyrək ərazilərində 8 mindən artıq ağac əkilib.

Oxşar xəbərlər

Quba, Qusar, Xaçmaz və Şabran rayonlarında 8 mindən artıq ağac əkilib
Od çərşənbəsində 88 min ağac əkilib 
Azərbaycanda tətil və bayram günləri meşə fondu torpaqlarında 195 min ağac əkilib
Bu gün Quba, Qusar, Xaçmaz və Şabranda 8 mindən artıq ağac əkilib
Muxtar Babayev: Gənclərin iştirakı ilə həyata keçirilən ekoloji layihələr davam etdiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle