DTX-də Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş elmi-praktiki konfrans keçirilib
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş respublika elmi-praktiki konfransı keçirilib.
BAKU.WS xəbər verir ki, DTX-nin Heydər Əliyev adına Akademiyasının təşkilatçılığı ilə baş tutan tədbir "Heydər Əliyev və Azərbaycan Respublikasının dayanıqlı inkişaf strategiyası" mövzusuna həsr olunub. Konfransda DTX-nin məsul əməkdaşları, Milli Məclisin deputatları, ali təhsil müəssisələrinin rəhbərləri, professor-müəllim heyəti, təhlükəsizlik orqanlarının veteranları və Akademiyanın kursantları iştirak ediblər.
Akademiyanın rəisi, general-mayor Elşad Nəsirov ulu öndərin müasir Azərbaycanın inkişafındakı müstəsna rolundan danışıb. O bildirib ki, ölkənin dayanıqlı inkişaf strategiyası məhz əbədiyaşar lider Heydər Əliyev tərəfindən qoyulmuş möhkəm təməllər üzərində qurulub və bu xətt hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Milli Məclisin sədr müavini, professor Ziyafət Əsgərov Heydər Əliyevi milli dövlətçilik ideologiyasının banisi və xalqın xilaskarı kimi xarakterizə edib. O, ulu öndərin hakimiyyətə qayıdışı ilə dövlətçiliyin məhv olmaq təhlükəsinin qarşısının alındığını və milli birliyin bərpa edildiyini diqqətə çatdırıb.
Mədəniyyət nazirinin müavini Səadət Yusifova isə qeyd edib ki, Heydər Əliyev milli-mənəvi dəyərlərin qorunmasını dövlətçilik siyasətinin prioritet istiqaməti hesab edirdi. O, Azərbaycan dilinin dövlət dili kimi inkişafını strateji hədəf seçərək milli ədəbiyyatın və incəsənətin tərəqqisinə xüsusi qayğı göstərib.
Tədbirdə çıxış edən bp-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli, BDU-nun professoru Ramiz Sevdimalıyev, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli və deputat Elman Nəsirov Azərbaycanın iqtisadi gücünün artmasından, qeyri-neft sektorundakı irəliləyişlərdən və ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsindən bəhs ediblər.
Konfrans ulu öndərə həsr olunmuş videoçarxın nümayişi və bölmə iclasları ilə işini davam etdirib.
Oxşar xəbərlər
DTX-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş elmi-praktiki konfrans keçirilib
Polis kursantlarından Ulu öndərin anadan olmasının 103 illiyinə həsr olunmuş fləşmob
AHİK-in təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
