İlham Əliyev  “ExxonMobil” şirkətinin vitse-prezidentini qəbul edib - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

İlham Əliyev “ExxonMobil” şirkətinin vitse-prezidentini qəbul edib - YENİLƏNİB


Azərbaycan Prezidenti İlham Əliyev iyunun 2-də “ExxonMobil” şirkətinin vitse-prezidenti Con Ardilli qəbul edib.

"Report" xəbər verir ki, Con Ardill “ExxonMobil” şirkətinin rəhbəri Darren Vudsun salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirin, onun da salamlarını şirkətin rəhbərinə çatdırmağı xahiş edib.

Görüşdə “ExxonMobil” şirkətinin Azərbaycanda uzunmüddətli fəaliyyəti, o cümlədən “Azəri-Çıraq-Günəşli” layihəsində səhmdar qismində iştirakı qeyd olunub.

Ölkəmizin neft-qaz potensialının reallaşdırlması istiqamətində SOCAR ilə “ExxonMobil” arasında bu gün imzalanması nəzərdə tutulan Anlaşma Memorandumu barədə Azərbaycan Prezidentinə məlumat verilib.

Qonaqlar Azərbaycanda neft-qaz, enerji sahələrinin inkişafı üçün mövcud olan münbit şəraiti xüsusilə qeyd ediblər.

13.34

Prezident İlham Əliyev iyunun 2-də “ExxonMobil” şirkətinin vitse-prezidenti Con Ardilli qəbul edib.

"Report" xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev “ExxonMobil” şirkətinin vitse-prezidentini qəbul edib
SOCAR “ExxonMobil Corporation” ilə Anlaşma Memorandumu imzalayıb
İlham Əliyev “ExxonMobil” şirkətinin vitse-prezidentini qəbul edib
Prezident İlham Əliyev “Schlumberger Overseas S.A” şirkətinin baş icraçı direktorunu qəbul edib - YENİLƏNİB
Prezident İlham Əliyev Dünya Etnoidman Konfederasiyasının sədrini qəbul edib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər