Azərbaycanda nikah yaşının 1 il azaldılmasına yol verilən hal aradan qaldırılıb
Azərbaycanda nikah yaşının 1 il azaldılmasına yol verilən hal aradan qaldırılıb.
APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Ailə Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Ailə Məcəlləsinə əsasən, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur. Bununla belə, indiyə qədər üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilərdi.
Qanuna əsasən, bu hal ləğv edilir və nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verilməyəcək.
Bu Qanun 2025-ci il iyulun 1-dən qüvvəyə minir.
Oxşar xəbərlər
Azərbaycanda nikah yaşı üzrlü səbəblərə görə də 1 il azaldılmayacaq
Nikah yaşının azaldılması ilə bağlı istisnanın ləğv edilməsi təklif edilir
Nikaha daxil olmağa məcbur etmə halının yalnız qadına şamil olunması aradan qaldırılıb
Azərbaycanda əmi, dayı və xala uşaqlarının nikahı qadağan edilib
Erkən evliliklə bağlı mərasimlərin keçirildiyi restoran və şadlıq sarayları cərimələnəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













