Nikah yaşının azaldılması ilə bağlı istisnanın ləğv edilməsi təklif edilir
2022-ci ildə 18 yaşadək analar tərəfindən 2011 uşaq dünyaya gətirilb. 2021-ci illə müqayisədə 361 nəfər artım olub.
Sizinxeber.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi-Təminat şöbəsinin müdiri Taliyə İbrahimova bildirib. O deyib ki, ən yüksək göstəricilər Qazax-Tovuz, Mərkəzi Aran və Qarabağ iqtisadi rayonlarında qeydə alınıb.
Taliyə İbrahimova, həmçinin qeyd edib ki, Ailə Məcəlləsinə əsasən nikah yaşının 1 yaş azaldılması ilə bağlı yerli icra hakimiyyəti orqanları tərəfindən 271 qərar (Qazax-Tovuz və Mərkəzi Aran rayonları üstünlük təşkil edir) qəbul edilib:
"Dövlət Komitəsinin yerli icra hakimiyyəti orqanlarından əldə etdiyi məlumata əsasən 2022-ci ildə 269 erkən evliliyin qarşısı alınıb. Cinayət Məcəlləsinin 176-1-ci maddəsi ilə yetkinlik yaşına çatmayan qızı nikaha məcbur etməyə görə isə 2023-cü ildə 1 cinayət işi açılıb.
Erkən nikahlar (uşaq evlilikləri) birbaşa uşaq hüquqlarının pozulmasıdır. Bu halların qarşısının alınması və cəzalandırılması ilə bağlı mövcud qanunvericilik bazasının təkmilləşdirilməsi zəruridir. O cümlədən nikah yaşının azaldılması ilə bağlı istisnanın ləğv edilməsi və erkən evliliklə nəticələnən mərasimlərin keçirilməsinə görə də məsuliyyətin müəyyən edilməsi təklif olunur".
Oxşar xəbərlər
Yetkinlik yaşına çatmayan qızları nikaha məcbur etməyə görə ötən il bir cinayət işi açılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dövlət Komitəsi: İl ərzində 30-40 erkən nikah halının qarşısı alınır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Erkən nikaha cəhdin qarşısı alınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
RTİ: 12 yaşında nişanlandırılan şagirdin dərsə davamiyyətində problem yoxdur - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabirabadda 12 yaşlı qızını nikaha daxil olmağa məcbur edən ata həbs edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












