Nikaha daxil olmağa məcbur etmə halının yalnız qadına şamil olunması aradan qaldırılıb
sizinxeber.az xəbər saytı

Nikaha daxil olmağa məcbur etmə halının yalnız qadına şamil olunması aradan qaldırılıb


Qanunvericilikdə nikaha daxil olmağa məcbur etmə halının yalnız qadına şamil olunması aradan qaldırılıb.
APA-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Cinayət Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Bu dəyişikliklə Cinayət Məcəlləsinin 176-1-ci maddəsinin adının dəyişdirilib. “Qadını nikaha daxil olmağa məcbur etmə” deyil, “Nikaha və ya erkən evliliyə daxil olmağa məcbur etmə” kimi müəyyən edilməsi cinayətdən zərər çəkmiş şəxslərin dairəsini genişləndirir.
Qeyd edək ki, qüvvədə olan qanuna əsasən, qadını nikaha daxil olmağa məcbur etmə iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Nikaha daxil olmağa məcbur etmə də etmə iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Bu Qanun 2025-ci il iyulun 1-dən qüvvəyə minir.

Oxşar xəbərlər

Sabirabadda 12 yaşlı qızını nikaha daxil olmağa məcbur edən ata həbs edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azyaşlı övladını nikaha daxil olmağa məcbur edən [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azyaşlı qızını evləndirmək istəyən ata həbs edildi [xfgiven_updateblue][/xfgiven_updateblue]
16 yaşına çatmayan şəxsin erkən evliliyini təşkil edən valideynlər üçün cəzalar müəyyənləşib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabirabadda azyaşlı övladını nikaha daxil olmağa məcbur edən ata həbs edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər