Azərbaycan Prezidenti: Bayden administrasiyası mövqeyini birmənalı olaraq Ermənistanla bağlamışdı
sizinxeber.az xəbər saytı

Azərbaycan Prezidenti: Bayden administrasiyası mövqeyini birmənalı olaraq Ermənistanla bağlamışdı


Biz Birləşmiş Ştatlara lazım olduğumuz zaman Azadlığa Dəstək Aktının 907-ci düzəlişinin tətbiqi dayandırılırdı. Lakin onlar (ABŞ qoşunları – red.) Əfqanıstandan qaçdıqdan sonra bunu bizə qarşı yenidən tətbiq etməyə başladılar.

APA xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxışı zamanı səsləndirib.

Dövlətimizin başçısı deyib: “Belə bir ədalətsiz mövqe bildirmək bu administrasiyanın özü üçün çox böyük zərbə idi. Çünki bundan sonra onlara kim inanardı? Beləliklə, bizim Bayden-Blinken komandasına olan inamımız sıfra gəlib çıxdı və münasibətlərimiz çox ağır böhrana düşdü. Bayden administrasiyası mövqeyini birmənalı olaraq Ermənistanla bağladı. Ermənistan-Azərbaycan münaqişəsi başladıqdan sonra biz bunu ilk dəfə gördük”.

Oxşar xəbərlər

Prezident: Baydenin dövründə ABŞ-Azərbaycan münasibətləri böhrana uğramış əlaqələr kimi səciyyələndirilə bilər
Prezident İlham Əliyev: Bayden-Blinken administrasiyası dövründə ABŞ Azərbaycana qərəzli münasibət göstərib
Prezident İlham Əliyev: Türkiyə ilə İsrailin ilk dəfə barışmasında Azərbaycan vasitəçilik edib
Prezident İlham Əliyev Davosda ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbəri ilə görüşüb
Dövlət başçısı: Müharibədən sonrakı vəziyyətin necə inkişaf edəcəyi Ermənistandan asılıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər