Məsud Pezeşkian Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
İran İslam Respublikasının prezidenti Məsud Pezeşkian Prezident İlham Əliyevə Novruz bayramı münasibətilə məktub ünvanlayıb.
Sizinxeber.az xəbər verir ki, məktubda deyilir:
"Azərbaycan Respublikasının Prezidenti Zati–aliləri cənab İlham Əliyevə
Mərhəmətli və rəhmli Allahın adı ilə!
Zati-aliləri.
Təbiətin yenidən canlandığı, firavan gələcəyin ümidli şəfəqi və Hicri-şəmsi təqvimi ilə 1404-cü ilin başlanğıcı olan Novruz bayramı münasibətilə Sizi və Azərbaycan Respublikasının hörmətli xalqını səmimi-qəlbdən təbrik edirəm.
Bahar təbiətin ahənginin təcəssümüdür, mehribanlıq, şəfqət və həyatın yenilənməsinin mənbəyidir. Ümid edirəm ki, bu yeni il bizim ölkələrimizin dost münasibətlərinə müstəsna transformasiya gətirəcək və xalqlarımızın rifah və firavanlığına xidmət edəcək.
Uca Allahdan Zati-alinizə cansağlığı və uğurlar diləyir, Azərbaycan Respublikasının xalqına isə xoşbəxtlik və tərəqqi, o cümlədən Novruz bayramını qeyd edən xalqların regionunda əlaqələrin və əməkdaşlığın daha da genişləndirilməsini arzulayıram."
Oxşar xəbərlər
Ərdoğan Novruz bayramıyla əlaqədar Prezident İlham Əliyevə təbrik ünvanlayıb
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Sauli Niinistö Azərbaycan Prezidentinə təbrik məktubu ünvanlayıb
Jelka Tsviyanoviç Prezident İlham Əliyevə təbrik ünvanlayıb
İordaniya Kralı Prezident İlham Əliyevə təbrik məktubu göndərib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ermənistan sülh sazişini niyə iyuna qədər imzalamaq istəyir?
-
Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb
-
“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır
-
Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib
-
Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?
-
Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?












