Azərbaycan Prezidenti: Avropanın monitorinq missiyası, əslində, Aİ-nin kəşfiyyat missiyasıdır
sizinxeber.az xəbər saytı

Azərbaycan Prezidenti: Avropanın monitorinq missiyası, əslində, Aİ-nin kəşfiyyat missiyasıdır


Ermənistana təchiz olunan məhvedici silahlar bizə qarşı yönəlir. Bəlkə də onlar bu gün başqa yerlərdə lazımlı olar. Amma o silahlar Ermənistana göndərilir.

APA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib.

Dövlət başçısı qeyd edib ki, Avropanın monitorinq missiyası, əslində, Avropa İttifaqının kəşfiyyat missiyasıdır. “Onlar gecə-gündüz casus kimi bizim sərhədlərimizdə dayanırlar, baxırlar ki, bəlkə haradansa bir yerdən girə bilsinlər. Bizim də kifayət qədər kəşfiyyat məlumatımız var belə dırnaqarası monitorinq missiya haqqında”, - deyə Prezident əlavə edib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev: Biz Cənubi Qafqazda sülh qurmalıyıq
Prezident İlham Əliyev: Biz işğal illərini yaddan çıxara bilmərik və çıxarmayacağıq
Prezident İlham Əliyev: Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar Azərbaycan üçün praktiki təhlükə yaradır
Prezident İlham Əliyev: Qlobal Bakı Forumu aparıcı beynəlxalq platformalardan biridir
Prezident: Bizim COP heyətimiz çox səmərəli işləyir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər