Naxçıvan MR Qaz İstismar Xidmətinin funksiyaları Dövlət Neft Şirkətinə verilir
Prezident İlham Əliyev "Qaz təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında" Sərəncam imzalayıb.
Sizinxeber.az xəbər verir ki, Sərəncama əsasən, Nazirlər Kabineti Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin funksiyalarının Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ötürülməsinin təmin edilməsi ilə bağlı bir ay müddətində zəruri tədbirlər görməlidir.
Eyni zamanda Nazirlər Kabineti üç ay müddətində:
- normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
- müvafiq səlahiyyətin Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ötürülməsi ilə əlaqədar dövlət əmlakı ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
-bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
Oxşar xəbərlər
Naxçıvan Qaz İstismar Xidmətinin funksiyaları SOCAR-a ötürüləcək
Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilib - SƏRƏNCAM
Naxçıvan MR Dövlət Energetika Agentliyi ləğv olunub, funksiyaları "Azərenerji" və "Azərişıq"a ötürüləcək - FƏRMAN
Naxçıvan Muxtar Respublikasında yeni istilik elektrik stansiyası tikiləcək
Azərbaycanda qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir - SƏRƏNCAM
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
DÇ-2026: Argentina Avstriyaya qarşı ilk hissəni Messinin qolu ilə öndə tamamlayıb - YENİLƏNİR-3
