Özəl ümumölkə televiziya və radio yayımçılarına birdəfəlik maliyyə yardımı göstəriləcək
Prezident İlham Əliyev Azərbaycan Respublikasında özəl ümumölkə televiziya və radio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında Sərəncam imzalayıb.
APA xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən özəl ümumölkə televiziya və radio yayımçılarının telekommunikasiya peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Audiovizual Şurasına 2,5 milyon manat ayrılıb.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.
Oxşar xəbərlər
Azərbaycanda özəl ümumölkə televiziya və radio yayımçılarına birdəfəlik maliyyə yardımı göstəriləcək
Azad edilmiş ərazilərdə rəqəmsal yerüstü televiziya yayımı genişləndirilib
Azərbaycanda televiziya, radio və nəşriyyata büdcədən ayırmalar cüzi artırılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
Ankarada terrorla mübarizə çərçivəsində 209 nəfər saxlanılıb
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
Prezidentin köməkçisi: "İcra hakimiyyətləri qarşısında yeni vəzifələr müəyyən edilib"
