Möminə xatun türbəsinin bərpasına 10 milyon manata yaxın vəsait ayrılıb - SƏRƏNCAM
sizinxeber.az xəbər saytı

Möminə xatun türbəsinin bərpasına 10 milyon manata yaxın vəsait ayrılıb - SƏRƏNCAM


Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsində bərpa və konservasiya işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 9 milyon 566 min (doqquz milyon beş yüz altmış altı min) manat vəsait ayrılıb.

Sizinxeber.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Sərəncam Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, XII əsr Azərbaycan memarlığının görkəmli nümunəsi olan Möminə xatun türbəsinin kompleks bərpası və konservasiyası işlərinin davam etdirilməsi məqsədilə imzalanıb.

Sərəncama görə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Oxşar xəbərlər

Möminə xatun türbəsi bərpa olunacaq
Möminə Xatun türbəsinin bərpasına başlanılıb
Gəncə Memorial Kompleksində tikinti-quraşdırma işlərinin tamamlanmasına vəsait ayrılıb - SƏRƏNCAM
Milli Onkologiya Mərkəzinə 650 min manat ayrılıb - SƏRƏNCAM
Lerik rayonunun Hamarmeşə–Bibiyani avtomobil yolunun əsaslı təmirinə 2 milyon manat ayrılıb - SƏRƏNCAM

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər