Azərbaycanla Moldova arasında məxfi məlumat mübadiləsinə dair saziş təsdiq edildi
Milli Məclis Azərbaycanla Moldova arasında məxfi məlumat mübadiləsinə dair sazişi təsdiq edib.
Sizinxeber.Az xəbər verir ki, bununla bağlı parlamentin bugünkü plenar iclasında müvafiq sənəd müzakirə olunub.
Bildirilib ki, saziş bu il sentyabrın 19-da Bakıda imzalanıb. Saziş 16 fəsildən ibarətdir.
Müzakirələrdən sonra "Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında məxfi məlumatların mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş"in təsdiqi barədə qanun layihəsi səsə qoyulub və bir oxunuşda qəbul edilib.
Sazişdə əsas anlayışlar, əməliyyat orqanları, məhdud məlumatların dövriyyəsi, buraxılışların verilməsi və ləğv edilməsi, sənədlərin məxfiliyi, qarşılıqlı imzalanma qaydaları və bu proseslərin necə aparılması öz əksini tapıb.
Saziş iki dövlət arasında informasiya təhlükəsizliyi, qarşılıqlı idarəetmə və müdafiə sahəsində əməkdaşlığı nəzərdə tutur və etibarlılığı əsas prinsip kimi müəyyən edir.
Transmissiya zamanı məlumatların dəyişdirilməsi, kibertəhlükələr və digər proseslər zamanı ölkələr arasında informasiya mübadiləsinin yalnız etibarlı şəraitdə və qarşılıqlı razılıq əsasında aparılması tələb olunur.
Bu saziş ölkələrimiz arasında ötürülən məlumatların məxfiliyini, bütövlüyünü və mühafizəsini təmin edir.
Oxşar xəbərlər
MM Azərbaycanla Moldova arasında readmissiya haqqında sazişi ratifikasiya edib
Azərbaycanla Moldova arasında readmissiya haqqında saziş təsdiqlənib
Azərbaycanla Moldova arasında readmissiya haqqında Saziş Milli Məclisə daxil olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: İran Misirlə maçtda hesabı bərabərləşdirib - YENİLƏNİR-2
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
"Qarabağ" bu gün Avstriyada "Tirol" klubu ilə üz-üzə gələcək
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
