ABŞ-la danışıqlarda Azərbaycanı təmsil edəcək heyət müəyyənləşib
Artıq mənim göstərişimlə Azərbaycan tərəfini təmsil edəcək tərkib müəyyən olunub. Biz öz təkliflərimizi irəli sürəcəyik. Artıq mənim səfərim çərçivəsində Amerikanın bir neçə aparıcı şirkəti ilə görüşlər keçirilib.
Sizinxeber.az xəbər verir ki, bunu Prezident İlham Əliyev ABŞ səfərinin nəticələri ilə bağlı mediaya müsahibəsində deyib.
Dövlət başçısı bildirib ki, vaxt itirmək istəmirlər: "Onsuz da əvvəlki adminstrasiya dövründə - 4 ili itirilmiş illər kimi qiymətləndirirəm. Çünki əfsuslar olsun ki, Bayden Adminstrasiyası zamanı Amerika-Azərbaycan əlaqələri Azərbaycan-Ermənistan əlaqələrinin girovuna çevrilib. Bizim ABŞ ilə əvvəlki dövrdə əldə edilmiş nailiyyətlər və potensial olaraq bir növ dondurulmuş vəziyyətə salınmışdı. Ona görə indi biz vaxt itirə bilmərik. Xüsusilə cənab Trampın və onun adminstrasiyasının nümayəndələrini, onun komandasının Azərbaycana olan müsbət münasibəti, yəqin ki, tamaşaçılar da bizim keçirdiyimiz görüşləri, mətbuat konfransındakı ab-havanı da hiss ediblər. Bu xoş münasibət əlbəttə, çox önəmli amildir".
Oxşar xəbərlər
İlham Əliyev: "Bayden administrasiyası dövründə dörd ili itirilmiş illər kimi qiymətləndirirəm"
Prezident İlham Əliyev: ABŞ səfərinin nəticələrini yüksək qiymətləndirirəm
Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan-Ermənistan əlaqələrində boşluq yaranmışdı
Prezident: Ermənistan Konstitusiyasında dəyişiklik edəndən sonra Sülh Sazişi istənilən vaxt imzalana bilər
İlham Əliyev: Trampın Azərbaycanla bağlı bilikləri məni təəccübləndirdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











