Prezident İlham Əliyev Şuşa Forumunda öz siyasətinin təməl prinsiplərini sadalayıb
sizinxeber.az xəbər saytı

Prezident İlham Əliyev Şuşa Forumunda öz siyasətinin təməl prinsiplərini sadalayıb


Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Forumunda çıxışı zamanı öz siyasətinin təməl prinsiplərini sadalayıb - xalqına həmişə həqiqəti söyləmək, obyektiv və dürüst olmaq, istənilən şəraitdə beynəlxalq hüquq prinsiplərinə əməl etmək.

Sizinxeber.az xəbər verir ki, dövlətimizin başçısı özünü risklərdən qorumaq üçün coğrafiyadan istifadə etməyin vacibliyini də vurğulayıb. “Azərbaycana gəlincə, ölkəmizdə risklərin daxili mənbələri yoxdur. Bütün potensial risklər bizim sərhədlərimizdən kənarda formalaşa bilər. Ona görə də sürprizlərdən, fəaliyyətinizlə bağlı olmayan bəzi risklərdən qorunmaq da vacib idi və bu işdə coğrafiyanın mühüm rolu olub”, - deyə Prezident İlham Əliyev bildirib.

O, həmçinin qeyd edib ki, uğurlu siyasətin mühüm amili həm Avropa, həm də müsəlman təşkilatlarının üzvü olan, Avropa İttifaqı, İslam Əməkdaşlıq Təşkilatı, ECO və bir çox digərlərinin xətti ilə sammit formatlarında fəal iştirak edən Azərbaycanın nadir ölkələrdən olmasıdır.

Dövlət başçısı əlavə edib: “Bu, həm də hər kəs üçün vacibdir: öz maraqlarını nəzərə alanda, qonşunun da maraqlarına baxmaq lazımdır. Milli maraqların müdafiəsi Azərbaycanın siyasətində fundamental amildir, lakin regional və ya qlobal kontekstdən ayrılıqda bu amildən çox sui-istifadə etmək olmaz. Həmişə vəziyyətə baxmaq, şəraitə sənin qonşunun prizmasından nəzər salmağa çalışmaq lazımdır. Onda çox şey aydınlaşa bilər. Belə olan halda, anlaşılmazlığa səbəb olan bir çox məsələ kifayət qədər effektiv nizamlanır”.

Oxşar xəbərlər

Prezident İlham Əliyev: Biz Qlobal Cənubla Qlobal Şimal arasında körpülər qururuq
Prezident İlham Əliyev: Əminəm ki, Türk Dövlətləri Təşkilatının çox böyük gələcəyi var
Prezident İlham Əliyev Media Forumunda Rusiya ilə Avropa İttifaqı arasında yaranmış təbii qaz böhranına münasibət bildirib
Azərbaycan Prezidenti Media Forumunda qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı sualı cavablandırıb
Prezident: Bizim COP heyətimiz çox səmərəli işləyir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər