Prezident "İstilik təchizatı haqqında" yeni qanunu təsdiqləyib
Prezident İlham Əliyev "İstilik təchizatı haqqında" yeni qanunu təsdiqləyib.
Sizinxeber.az xəbər verir ki, qanun 7 fəsil, 26 maddədən ibarətdir.
Müəyyən hallar istisna olmaqla, bu Qanun qüvvəyə mindikdən sonra tikilən çoxmənzilli yaşayış binaları layihələrində binaya aid olan bütün mənzillərin vahid bir istilik mənbəyindən və ya bir neçə binanı əhatə edən vahid şəbəkə vasitəsilə istilik enerjisi ilə təchiz edilməsi nəzərdə tutulmalıdır.
Çoxmənzilli yaşayış binaları layihələndirilərkən layihələrində hər bir mənzil üzrə fərdi istilik sistemlərinin quraşdırılmasının nəzərdə tutulmasına yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən hallarda yol verilir. Halların mövcudluğuna hər bir bina üzrə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikinti layihələrinin ekspertizadan keçirilməsi zamanı baxılır.
Oxşar xəbərlər
Azərbaycanda yeni tikilən binalar üçün vahid istilik şəbəkəsi məcburi olacaq
2028-ci il iyulun 1-dən istilik təchizatı sektorunda qiymətlər yeni qaydada tənzimlənəcək
Milli Məclis "İstilik təchizatı haqqında" yeni qanunu qəbul edib
MM “İstilik təchizatı haqqında” qanun layihəsini I oxunuşda müzakirə edir
Komitə sədrinin müavini: İstilik təchizatı ilə əlaqədar hər yerdə qazanxanaların quraşdırılması mümkün olmur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"












