İctimai Birlik sədri: İnsan alveri qurbanlarının təqribən 80 faizi sosial şəbəkələr vasitəsilə tora salınır
İnsan alveri ilə əlaqədar dünyada cinayətlər çoxalır, qurbanların təqribən 80 faizi sosial şəbəkələr vasitəsilə tora salınır.
“Sizinxeber.az” xəbər verir ki, bunu “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bugünkü iclasında İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatının müzakirəsi zamanı deyib.
O qeyd edib ki, sosial şəbəkələrin inkişafı Nazirlər Kabinetinin insan alveri qurbanlarının müəyyən edilməsi Qaydalarına (indikatorları) yenidən baxılması zərurətini doğurub:
“Hazırda bu indikatorlar müasir tələblərə cavab vermədiyi üçün onların yenilənməsini təklif edirik. Həmçinin insan alveri ilə mübarizə sahəsində sosial proqramların da yenilənməsi vacibdir”.
Oxşar xəbərlər
2024-cü ildə 206 insan alveri cinayəti qeydə alınıb
Ötən il 90 qadın, 1 kişi insan alveri qurbanı olub
Bu il insan alveri qurbanı olan 24 nəfərə sosial-reabilitasiya xidmətləri göstərilib
İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun illik məlumatı Milli Məclisə daxil olub
Azərbaycan insan alveri ilə bağlı 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













