Suqovuşan sakini: Gördüklərim mənə yuxu kimi gəlir
İşğaldan azad edilən Suqovuşan kəndinə bu gün köçən Rafiq Paşayev gördüklərinin ona yuxu kimi gəldiyini deyib.
Bu barədə o, “Report”un Ağdərə rayonuna ezam olun əməkdaşı ilə söhbətində danışıb.
Suqovuşan sakini qeyd edib ki, doğma yurda belə tez dönəcəyini təsəvvür etməyib.
"Bir ağdərəli olaraq bugünkü anları yaşadığımız üçün şəhidlərimizi hörmətlə anır, Prezident, Ali Baş Komandan İlham Əliyevə təşəkkür edirəm. Kəndimizin işğalından sonra Ağdam rayonunun Qızılı Kəngərli kəndində məskunlaşdıq. Bir ilə yaxın burada yaşadıqdan sonra Ağcabədi rayonuna, daha sonra isə İsmayıllı rayonuna köçdük. Orada da bir müddət yaşadıqdan sonra yenidən Ağcabədi rayonunda məskunlaşdıq. Uzun illər orada yaşadıq. Amma doğma yurdumuza dönəcəyimiz günlərin belə tez olacağını təsəvvür etməzdim. İndi bizə yaradılan müasir və gözəl şəraitdə yaşayacağıq", - deyə R.Paşayev bildirib.
Qeyd edək ki, Suqovuşan kəndinə köçlə bağlı ümumilikdə 180 ailə (591 nəfər) siyahıya alınıb. Köçün ilkin mərhələsində kəndə 20 ailə köçürülüb. Bu, kəndə köçün 4-cü mərhələsidir. İlk olaraq 20 ailənin köçdüyü Suqovuşan kəndinə aprelin 5-də 53, aprelin 7-də 53, aprelin 9-da isə 54 ailə köçürülüb. Bununla da Suqovuşana köçürülən ailələrin sayı 180-ə çatdırılıb.
Oxşar xəbərlər
Suqovuşan sakini: Uzunmüddətli köçkün həyatından sonra artıq şəraitli evlərimizdə yaşayacağıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Suqovuşan sakini: Dağların qoynunda yerləşən bu kənddə bizim üçün hər bir şərait yaradılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sakin: Suqovuşan cənnətdir, dünya ölkələrinin buranı görmələrini çox istəyirəm [xfgiven_updateblue][/xfgiven_updateblue]
Suqovuşan sakini: Uşaqkən tərk edib uğrunda qan tökdüyümüz kəndimizə daimi köçürük [xfgiven_updateblue][/xfgiven_updateblue]
Növbəti köç karvanı Ağdərənin Suqovuşan kəndinə çatıb - YENİLƏNİB - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












