AQTA rəsmisi: Şadlıq evlərində zalların bər-bəzəyinə, reklama ayrılan diqqət mətbəxə, qidaların təhlükəsizliyinə də yönəlməlidir
sizinxeber.az xəbər saytı

AQTA rəsmisi: Şadlıq evlərində zalların bər-bəzəyinə, reklama ayrılan diqqət mətbəxə, qidaların təhlükəsizliyinə də yönəlməlidir


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) şöbə müdiri Mansur Piriyev bu gecə Bakıda 51 nəfərin toyda zəhərlənməsi məsələsi ilə bağlı əhaliyə və sahibkarlara müraciət edib.

"Report" xəbər verir ki, şöbə müdiri AQTA tərəfindən müntəzəm keçirilən tədbirlərə baxmayaraq hələ də öz işinin məsuliyyətini dərk etməyən sahibkarlıq subyektlərinə rast gəlindiyini deyib.

Onun sözlərinə görə, ictimai iaşə müəssisələrində xüsusilə, kütləvi qidalanma məkanlarında qida təhlükəsizliyi tələblərinin gözlənilməsi, həmçinin bu cür hadisələrin baş verməməsi üçün davamlı olaraq ciddi tədbirlər həyata keçirilməkdədir:

"Təkcə son günlər ərzində onlarla kütləvi qidalanma məkanlarında, şadlıq evində aparılan yoxlamalar zamanı aşkarlanmış nöqsanlar və bununla bağlı görülən inzibati cəza tədbirləri barədə ictimaiyyətə məlumatlar təqdim olunub. Nöqsanlar aşkarlanan və bu cür halların baş verməsinə birbaşa olaraq cavabdeh olan şadlıq evləri sahiblərinə rəsmi xəbərdarlıqlar olunub. Amma təəssüf ki hələ də öz işinin məsuliyyətini dərk etməyən sahibkarlıq subyektlərinə rast gəlinməkdədir".

M.Piriyev onu da qeyd edib ki, aşkarlanan nöqsanların təhlili bər-bəzəkili zallara, daha çox müştəri cəlb etmək üçün reklamlara diqqət ayıran bəzi şadlıq evləri sahibləri əsas diqqət olunmalı məsələyə biganədirlər:

"Sözügedən sahibkarlar məhsulların emal sahələrinə, xammalın qəbulu zamanı təhlükəsizlik tələblərinə, mətbəxlərə, sanitar gigiyenik vəziyyətə, işçi heyətin sağlamlığına dırnaqarası yanaşırlar. Təəssüf ki, bu cür yanaşma sonda xoşagəlməz halların yaşanmasına, kütləvi zəhərlınmələrin baş verməsinə şərait yaradır. Bu sahədə ictimai nəzarətin gücləndirilməsi üçün istehlakçılar da diqqətli olmalı və xidmət zamanı hər hansı şübhəli məqam və ya nöqsan gördükləri zaman Agentliyin 1003 Qaynar xəttinə məlumat vermələri xahiş olunur. Agentlik tərəfindən bu istiqamətdə nəzarət və tənzimləmə tədbirləri bundan sonra da qətiyyətlə davam etdiriləcək".

Oxşar xəbərlər

AQTA ictimai iaşə müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edib
AQTA kütləvi qidalanmanın həyata keçirildiyi obyektlərə nəzarəti gücləndirib
AQTA COP29 ərəfəsində kütləvi qidalanmanın təşkil edildiyi məkanlarda nəzarət tədbirlərini genişləndirib
AQTA: Azərbaycanda istehsal olunan bir sıra qida məhsullarının ixracı artıb
Bu il qida zəhərlənmələri ilə bağlı AQTA-ya 238 müraciət daxil olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər