Şuşa sakini: “Çox sevinirik ki, artıq bizə məcburi köçkün deyilməyəcək”
Ömrümüzün ən gözəl çağları Şuşada keçib.
"Sizinxeber.az" xəbər verir ki, bunu Şuşa şəhərinə köç edən keçmiş məcburi köçkün Əli Kərimov söyləyib.
O qeyd edib ki, bu gün Şuşaya qayıdan həmyerlilərinin yurd həsrəti sona çatır:
"Bu illər ərzində Masazırda yerləşən Qurtuluş qəsəbəsində köçkünlük həyatı yaşamışıq. Həyatın amansız sınaqları ilə üz-üzə qalsaq da, ümidimizi, inamımızı heç vaxt itirməmişik. Çox sevinirik ki, artıq bizə məcburi köçkün deyilməyəcək. Biz Şuşanın sahibləriyik, bundan sonra öz doğma yurdumuzda əmin-amanlıq içərisində yaşayacağıq.
Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!".
Xatırladaq ki, işğaldan azad olunmuş Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb.
Oxşar xəbərlər
Keçmiş məcburi köçkün: Təki bundan sonra övladlarımız güllə səsi eşitməsinlər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fazil Ağayev: “Bu günü bizə nəsib edən Ali Baş Komandana minnətdaram” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Keçmiş məcburi köçkün: “Arzu edirəm, övladımı Füzulidə evləndirim” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Keçmiş məcburi köçkün: “Artıq həsrət başa çatıb” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rasim Həsənov: “Pedaqoji fəaliyyətimi Füzulidə davam etdirmək istəyirəm” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












