Arzu Əliyeva şəhid anaları ilə birgə iftar məclisində iştirak edib
Heydər Əliyev Fondunun dəstəyi ilə müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil olunub.
"Sizinxeber.az" xəbər verir ki, Arzu Əliyeva iftar məclisində iştirak edib. Ölkəmizin müxtəlif rayonlarından şəhid valideynlərinin, müharibə iştirakçılarının, ictimaiyyət nümayəndələrinin dəvət olunduğu iftar mərasimində “Qurani-Kərim”dən ayələr oxunub, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olan qəhrəman Vətən oğullarının ruhuna dualar edilib.
İftar məclisində çıxış edənlər Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən oğullarının xalqımızın və dövlətimizin firavanlığı, əmin-amanlığı naminə göstərdikləri qəhrəmanlıqlarından danışıblar. Çıxışlar zamanı, həmçinin dövlətin şəhid ailələrinə, müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğıdan məmnunluq ifadə olunub, bugünkü məclisin də bunun bariz nümunələrindən biri olduğu vurğulanıb.
“Fire Land Group”un “Mənim oğlum qəhrəmandır” layihəsinin Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən budəfəki tədbiri 8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsinə təsadüf etdiyindən şəhid analarına hədiyyələr təqdim olunub. Daha sonra tanınmış incəsənət xadimləri də öz ifaları ilə şəhid analarını təbrik ediblər.
Qeyd edək ki, “Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır” layihələri artıq 5 ildir həyata keçirilir. Bu layihələr çərçivəsində Azərbaycanın müxtəlif yerlərində şəhid ailələri ilə birgə tədbirlər təşkil olunur.
Oxşar xəbərlər
Beşinci günün duası - İmsak və iftar vaxtı
Milli Qəhrəman Natiq Qasımovun xatirəsi yad edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
DÇ-2026: Son tura start verilir
-
Əli Əsədov Numan Kurtulmuşla görüşüb
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
Azərbaycanda əmlak qiymətləndirilməsində süni intellekt tətbiq olunacaq
