Yevlaxda Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Məmmədov dəfn edilib - YENİLƏNİB
İmişli rayonu Səmədabad kənd qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Tərlan Fikrət oğlu Məmmədovla Yevlaxda keçirilən vida mərasimi başa çatıb.
“Report”un Qərb bürosunun məlumatına görə, şəhidin nəşi Yevlax şəhəri Şəhidlər xiyabanında dəfn olunub.
Dəfn mərasimində şəhidin doğmaları, Yevlax Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, rayon hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İmişli rayonu Səmədabad kənd qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Tərlan Fikrət oğlu Məmmədovun meyitinin qalıqları Yevlax rayonunun Aran qəsəbəsinə gətirilib.
“Report”un Qərb bürosunun məlumatına görə, şəhidin nəşi Yevlax şəhərində ailəsinə təhvil verilib.
Hazırda şəhidlə vida mərasimi keçirilir.
Qeyd edək ki, Tərlan Fikrət oğlu Məmmədov 1975-ci ildə Yevlax şəhərində anadan olub. O, 1994-cü ilin yanvarında Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub.
T.Məmmədov Yevlax şəhəri Şəhidlər xiyabanında dəfn olunacaq.
Oxşar xəbərlər
Şəkidə Birinci Qarabağ müharibəsinin şəhidi Şahid Məmmədov dəfn edilib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yevlaxda Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Məmmədovla vida mərasimi keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağdamda Birinci Qarabağ müharibəsinin şəhidi Cahangir Səfərov dəfn edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Rüstəmov dəfn olunub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Laçında Birinci Qarabağ müharibəsinin şəhidi Camal Quliyevlə vida mərasimi keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













