Cəbrayılda Birinci Qarabağ müharibəsinin şəhidi Müşfiq Quliyevlə vida mərasimi keçirilir
sizinxeber.az xəbər saytı

Cəbrayılda Birinci Qarabağ müharibəsinin şəhidi Müşfiq Quliyevlə vida mərasimi keçirilir


İmişli rayonu Şəmmədli kənd məzarlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Müşfiq İbrahim oğlu Quliyevin meyitinin qalıqları Cəbrayıl rayonuna gətirilib.

“Report”un Cəbrayıla ezam olunmuş əməkdaşının məlumatına görə, şəhidin nəşi rayonun Horovlu kəndində ailəsinə təhvil verilib.

Hazırda şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Müşfiq İbrahim oğlu Quliyev 1971-ci ildə Cəbrayıl rayonu Horovlu kəndində anadan olub. O, 1993-ci il oktyabrın 16-da Cəbrayıl rayonunun Mahmudlu kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub.

M.Quliyev Horovlu kənd qəbiristanlığında dəfn olunacaq.

Oxşar xəbərlər

Şəkidə Birinci Qarabağ müharibəsinin şəhidi Şahid Məmmədov dəfn edilib - YENİLƏNİB
Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi Səfəralı Səfərovla vida mərasimi keçirilib
Yevlaxda Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Məmmədovla vida mərasimi keçirilir
I Qarabağ müharibəsinin daha üç şəhidi dəfn olunacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər