Ukraynalı avtoritet "Oleq Bakinski"nin məhkəməsi başlayıb
sizinxeber.az xəbər saytı

Ukraynalı avtoritet "Oleq Bakinski"nin məhkəməsi başlayıb


Ukraynalı "kriminal avtoritet" Oleq Krapivinin ("Oleq Bakinski") və onunla birgə ittiham olunan Konstantin Kuçerin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

"Sizinxeber.az" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Muxtarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Xatırladaq ki, Oleq Krapivinə Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq), digər təqsirləndirilən şəxsə isə 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə də ittiham verilib.

Cinayət işi üzrə Rusiya vətəndaşı Zaxarenkov Valeriy Nikolayeviç, “Aviazapçast” ASC və "Promışlennie Postavki Kazaxstan” MMC zərərçəkmiş qismində tanınıb.

Qeyd edək ki, "Oleq Bakinski" DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Baş İdarəsi tərəfindən Bakıda həbs edilib.

İdarənin təqdimatı əsasında onun barəsində üçaylıq həbs qətimkan tədbiri seçilib.

Oxşar xəbərlər

Tanınmış ukraynalı avtoritet "Oleq Bakinski"nin məhkəməsinin vaxtı məlum olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tanınmış ukraynalı avtoritet "Oleq Bakinski" Bakıda həbs edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tanınmış ukraynalı avtoritet "Oleq Bakinski" Bakıda həbs olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda həbs edilən ukraynalı milyarder və kriminal avtoritet Oleq Bakinskin nədə ittiham olunduğu məlum olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda həbs edilən ukraynalı kriminal avtoritet Rusiya vətəndaşına qarşı xuliqanlıqda ittiham olunur [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər