MDB Baş katibi: “Beynəlxalq təşkilatlar Azərbaycandakı seçkilərə böyük maraq göstərirlər”
sizinxeber.az xəbər saytı

MDB Baş katibi: “Beynəlxalq təşkilatlar Azərbaycandakı seçkilərə böyük maraq göstərirlər”


Beynəlxalq təşkilatlar Azərbaycanda prezident seçkilərinin monitorinqinə böyük maraq göstərirlər.

“Report” xəbər verir ki, bunu jurnalistlərə 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 38 saylı seçki məntəqəsində müşahidə aparan MDB-nin Baş katibi və təşkilatın müşahidə missiyasının rəhbəri Sergey Lebedev deyib.

“Azərbaycana ATƏT, Şanxay Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı da daxil olmaqla çoxlu sayda beynəlxalq müşahidəçilər gəlib. Bu, onu göstərir ki, beynəlxalq təşkilatlar Azərbaycanda seçkilərin monitorinqinə böyük maraq göstərirlər”, - o bildirib.

S.Lebedev Azərbaycanda təşkil olunan seçkilərə təkcə MDB missiyasının deyil, digər beynəlxalq müşahidəçilərin də obyektiv qiymət verəcəyinə ümid etdiyini bildirib.

Oxşar xəbərlər

Rusiya MSK-nın katibi: "Səsvermə prosesi ilə bağlı müşahidə və təəssüratlarımız müsbətdir" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev 34 saylı seçki məntəqəsində səs verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
MDB-nin Baş katibi: “Azərbaycanda bütün namizədlərə seçkilərdə iştirak etmək üçün bərabər imkanlar yaradılıb” [xfgiven_updateblue][/xfgiven_updateblue]
MSK-da MDB Baş katibinin nümayəndə heyəti ilə görüş keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mətbuat Şurası: "Saat 12:00-dək media nümayəndələrindən şikayət daxil olmayıb" [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər