MSK-da MDB Baş katibinin nümayəndə heyəti ilə görüş keçirilib
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini izləmək üçün ölkəmizdə səfərdə olan Müstəqil Dövlətlər Birliyinin (MDB) Baş katibi Serqey Lebedevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
"Report" saytına istinadən xəbər verir ki, MSK sədri Məzahir Pənahov qonaqları salamlayaraq, görüşdən məmnunluğunu ifadə edib. Seçkilərdə aşkarlığın və şəffaflığın təmin olunmasında müşahidəçilik institutunun mühüm rol oynadığını vurğulayan sədr, rəhbərlik etdiyi ali seçki qurumunun beynəlxalq təşkilatlarla əməkdaşlığa daim xüsusi əhəmiyyət verdiyini diqqətə çatdırıb.
O, beynəlxalq müşahidəçilərin Azərbaycanda keçirilən seçkilərə böyük maraq göstərməsini yüksək qiymətləndirib. Səmimi qəbula görə minnətdarlığını bildirən MDB Baş katibi Prezident seçkiləri ilə əlaqədar həyata keçirilmiş layihələr və görülmüş işlər barədə məlumat verilməsini xahiş edib.
Sədr M.Pənahov prezident seçkilərinin azad, ədalətli və şəffaf keçirilməsi istiqamətində atılmış addımlar və reallaşdırılmış genişmiqyaslı layihələrdən danışıb, onları maraqlandıran sualları cavablandırıb.
Görüş çərçivəsində, həmçinin qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib və fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Şəffaflıq baxımından bizim göstəricilər beynəlxalq standarlara uyğundur
Məzahir Pənahov ATƏT missiyasını növbədənkənar prezident seçkilərinə hazırlıqla bağlı məlumatlandırıb
Məzahir Pənahov Prezident seçkiləri ilə əlaqədar seçicilərə müraciət edib
Müəyyən qərəzli beynəlxalq qurumlar var ki, seçkilərdən sui istifadə edirlər
Məzahir Pənahov: Seçki məsələsində birinci növbədə hamımız Azərbaycan vətəndaşı kimi çıxış etməliyik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













