MDB-nin Baş katibi: “Azərbaycanda bütün namizədlərə seçkilərdə iştirak etmək üçün bərabər imkanlar yaradılıb”
Azərbaycanda növbədənkənar prezident seçkilərində bütün namizədlərə bərabər imkanlar yaradılıb.
“Sizinxeber.az” xəbər verir ki, bunu Müstəqil Dövlətlər Birliyinin (MDB) müşahidəçilər missiyasının rəhbəri, MDB-nin Baş katibi Sergey Lebedev Bakıda bir sıra seçki məntəqələrinə baş çəkdikdən sonra jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycanda KİV-lərdə bütün namizədlərin seçki kampaniyası informasiya baxımından çox yaxşı işıqlandırılıb:
“Prezidentliyə namizədlərə öz proqramlarını televiziya və çap mətbuatında təqdim etmək imkanı yaradılıb və uzunmüddətli müşahidəçilərimiz bu prosesi yaxından izlədilər. Yəni bütün namizədlərə bərabər imkanlar yaradılıb. Bu da çox yaxşı müsbət amildir”.
Oxşar xəbərlər
Professor İsaxan Vəliyev: Seçicilər azad və demokratik şəraitdə istədikləri namizədlərə səs verə bilirlər
İsmət Səttarov: Audiovizual Şura televiziya və radioda seçkiqabağı təşviqatla bağlı Seçki Məcəlləsinin tələblərinə əməl olunmasını nəzarətdə saxlayır
MDB-dən olan müşahidəçilər prezidentliyə namizədlərin seçki qərargahlarının rəhbərləri ilə görüşüblər
MDB Baş katibi: “Beynəlxalq təşkilatlar Azərbaycandakı seçkilərə böyük maraq göstərirlər”
Azad edilən ərazilərdə seçki məntəqələri yaradılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













