MDB-dən olan müşahidəçilər prezidentliyə namizədlərin seçki qərargahlarının rəhbərləri ilə görüşüblər
Azərbaycanda növbədənkənar prezident seçkilərinin monitorinqi çərçivəsində MDB müşahidəçilər missiyasının nümayəndələri prezidentliyə namizədlərin seçkiqabağı qərargahlarının rəhbərləri ilə görüşlər keçiriblər.
"Report"a MDB müşahidə missiyasının qərargahından verilən məlumata görə, görüşlər zamanı missiyanın fəaliyyət prinsipləri, onun formalaşdırılması proseduru, Azərbaycanda seçki kampaniyasının monitorinqi ilə bağlı aparılan işlər, MDB-dən olan müşahidəçilərin sayı və s. barədə məlumat veriblər.
Namizədlərin qərargahının rəhbərliyi və üzvləri öz növbəsində ali dövlət vəzifəsinə namizədlərin seçki platformalarının əsas istiqamətləri və seçicilərlə görüşləri barədə məlumat veriblər. Həmsöhbətlər xüsusilə vurğulayıblar ki, bütün namizədlərə təşviqat kampaniyası aparmaq və öz proqramlarını təqdim etmək üçün bərabər imkanlar yaradılıb.
Həmçinin Azərbaycanda seçki kampaniyasının müşahidəsi zamanı MDB müşahidəçilər missiyasının nümayəndələri Qobustan, Şamaxı, İsmayıllı və Ağsu rayonlarında olublar.
Uzunmüddətli müşahidəçilər dairə və məntəqə seçki komissiyalarının işi ilə tanış olublar. Onlara seçkilərə hazırlıqla bağlı məlumat verilib, seçki məntəqələrinin texniki vasitələr və metodiki vəsaitlərlə təchiz olunması göstərilib.
Missiya üzvləri seçki prosesinin şəffaflığının təmin edilməsinə, seçki komissiyalarının beynəlxalq müşahidəçilərlə konstruktiv qarşılıqlı fəaliyyətə yönəlməsinə yerlərdə xüsusi diqqət yetirildiyini qeyd ediblər.
Oxşar xəbərlər
İsmət Səttarov: Audiovizual Şura televiziya və radioda seçkiqabağı təşviqatla bağlı Seçki Məcəlləsinin tələblərinə əməl olunmasını nəzarətdə saxlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
MDB müşahidəçiləri bölgələrdəki seçki dairələrində olublar [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident seçkisi ilə bağlı MSK-nın iclası keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanda yenidən formalaşdırılan seçki dairələrinin sıra sayı və adları - TAM SİYAHI [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident seçkiləri ilə bağlı YAP-ın yerli qərargahları yaradılıb, tərkibi təsdiqlənib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












