İsmət Səttarov: Audiovizual Şura televiziya və radioda seçkiqabağı təşviqatla bağlı Seçki Məcəlləsinin tələblərinə əməl olunmasını nəzarətdə saxlayır
Seçki Məcəlləsində seçkiqabağı təşviqatla bağlı məsələlər tam əksini tapıb. Seçkiqabağı təşviqat mərhələsi seçkiyə 23 gün qalmış başlayır və seçki gününə 24 saat qalmış bitir. Seçkiqabağı təşviqat mərhələsi ictimai yayımçının üzərinə düşür. İctimai yayımçı efirdə namizədlərə bərabər şərait yaradır və prezidentliyə namizədlərin İctimai Televiziyada pulsuz efir vaxtı almaq hüququ var.
AZƏRTAC xəbər verir ki, bunu Audiovizual Şuranın sədri İsmət Səttarov bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin seçkilərdə fəaliyyətinin əsaslarına həsr olunan müşavirədə çıxış edərkən deyib.
İ.Səttarov qeyd edib ki, namizədlər üçün ayrılmış efir vaxtı həftədə üç saatdan az olmamalıdır. “Pulsuz efir vaxtı namizədlər arasında bərabər şərtlərlə bölünür. İctimai yayımçı, həmçinin ödənişli efir üçün də ehtiyatda əlavə vaxt saxlamalıdır. Özəl yayımçılar isə seçkiqabağı təşviqat aparmaq məsələsində sərbəstdirlər. Onlar təşviqat aparmaqla bağlı istəklərini Mərkəzi Seçki Komissiyasına bildirməlidirlər. Audiovizual Şura audiovizual sahədə tənzimlənməni həyata keçirən dövlət orqanı olaraq, seçkiqabağı təşviqatla bağlı monitorinqlər həyata keçirir. Həmçinin Audiovizual Şura televiziya və radioda seçkiqabağı təşviqatla bağlı Seçki Məcəlləsinin bütün tələblərinə əməl olunmasını daim nəzarətdə saxlayır” -deyə İ.Səttarov qeyd edib.
Oxşar xəbərlər
Prezidentliyə namizədlərə ödənişsiz efir vaxtı və dərc üçün yerin ayrılacağı KİV-lər açıqlanıb - SİYAHI [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rəşad Məcid: Bizim mediamızın seçki məsələsində böyük təcrübəsi var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Prezident seçkisi ilə bağlı MSK-nın iclası keçiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şəffaflıq baxımından bizim göstəricilər beynəlxalq standarlara uyğundur [xfgiven_updateblue][/xfgiven_updateblue]
DİN: "Səsvermə günü seçki məntəqələrinin ətrafında vəziyyətə nəzarət ediləcək" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












