Deputat: Mina terrorundan əziyyət çəkən insanlar üçün sığorta mexanizmləri müəyyən edilməlidir
Mina terroruna görə məsuliyyət daşıyan şəxslər məsuliyyətə cəlb edilməlidirlər.
"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa "Azərbaycanda mina qurbanları: nailiyyətlər və qarşıda duran vəzifələr” mövzusunda keçirilən dəyirmi masada deyib.
O qeyd edib ki, bu reallaşdırılsa, dünya üçün də nümunə olar: "Mina terrorundan əziyyət çəkən insanlar üçün sığorta mexanizmləri müəyyən edilməlidir. Onların yalnız tibbi-psixoloji deyil, maddi yardıma da ehtiyacı var.
Elə insanlar var ki, onlar məsuliyyətsizlikdən, diqqətsizlikdən yox, öz işini, vəzifəsini həyata keçirərkən bədbəxt hadisə nəticəsində mina qurbanı olub, xəsarət alıb. Həmin şəxslərə yardım üçün təkliflər, qanunvericilikdə dəyişikliklər olmalıdır.
Dəyirmi masada bu istiqamətdə səsləndiriləcək təkliflərin parlamentə təqdim edilməsi effektiv ola bilər".
Oxşar xəbərlər
Son iki ildə minadan əziyyət çəkən 172 nəfərə dəstək göstərilib
Bu günə qədər işğaldan azad edilmiş ərazilərdə 168 min hektar sahə minadan təmizlənib
MM üzvü: 2026-cı ilin sonuna qədər azad olunmuş ərazilərdə 140 min sakin məskunlaşacaq
Komitə sədri: Dünyada hər ay 500-800 nəfər mina qurbanı olur
Azərbaycan artıq öz istehsalı olan minatəmizləyən maşınlardan istifadə edir - RƏSMİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian: "İran hökuməti xalqın səsini eşitməyə və islahatlar keçirməyə hazırdır"
-
Tramp Venesuela neftinin satışı gəlirlərini məhkəmə cəzalarından qorumaq üçün fərman imzalayıb
-
ABŞ Ordusunun Mərkəzi Komandanlığı Suriyada İŞİD-ə qarşı zərbələri təsdiqləyib
-
İngiltərə Kuboku: "Çelsi" növbəti mərhələdə
-
İran polisi Luristanda iğtişaşların 100-dən çox iştirakçısını saxlayıb
-
İranda 60 saatdan çoxdur ki, internet yoxdur












