Komitə sədri: Dünyada hər ay 500-800 nəfər mina qurbanı olur
Dünyada hər ay 500-800 nəfər mina qurbanı olur.
“Report” xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında komitənin sədri Arzu Nağıyev deyib.
O qeyd edib ki, mina qurbanlarının üçdə biri uşaqlardır:
“Humanitar minatəmizləmə əməliyyatları müharibə başa çatdıqdan sonra həyata keçirilir. Azərbaycan dünyada minalarla çirklənən ölkələr sırasında ilk sıradadır. Ölkənin ümumi ərazisinin 12-i faizi minalarla ciddi şəkildə çirkləndirilib.
İndiyə qədər 3 min 400-dən çox Azərbaycan vətəndaşı minadan əziyyət çəkib. Onların 270-dən çoxu bu faciə səbəbindən həyatını itirib. Mina qurbanlarının 358-i uşaqlar, 38-i qadınlardır”.
Komitə sədri əlavə edib ki, “Minatəmizləmə fəaliyyəti haqqında” yeni hazırlanan qanun layihəsi dövlət siyasətinin müəyyən olunmasında ciddi əhəmiyyət daşıyır.
Oxşar xəbərlər
ANAMA sədri: Vətən müharibəsindən indiyədək 377 nəfər minaların qurbanı olub
Ötən ay azad edilmiş ərazilərdə 767 mina zərərsizləşdirilib
Füzulinin azad olunan 21 kəndində 41 min mina aşkar edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
ASCO-nun "Süleyman Vəzirov" borudüzən gəmisi təmirdən sonra istismara qaytarılıb
-
Mərdəkanda dənizdə batan 4 nəfərdən 2-nin meyiti tapılıb - YENİLƏNİB
