Bu günə qədər işğaldan azad edilmiş ərazilərdə 168 min hektar sahə minadan təmizlənib
sizinxeber.az xəbər saytı

Bu günə qədər işğaldan azad edilmiş ərazilərdə 168 min hektar sahə minadan təmizlənib


Bu günə qədər işğaldan azad edilmiş ərazilərdə təxmini 168 min hektar sahə minalardan təmizlənib.

"Sizinxeber.az" xəbər verir ki, bunu ANAMA-nın Maarifləndirmə və zərərçəkənlərlə iş şöbəsinin müdiri Ramil Əzizov "Azərbaycanda mina qurbanları: nailiyyətlər və qarşıda duran vəzifələr” mövzusunda dəyirmi masada deyib.

O qeyd edib ki, təmizlənən ərazilərdən 161 min mina aşkarlanıb:

"Onların təxmini 25 mini piyadalar əleyhinə minalardır. 1991-ci ildən indiyə qədər 3400-dən çox insan mina qurbanı olub. Vətən müharibəsinin bitməsindən 2021-ci ilin sonuna qədər 77 mina hadisəsi baş vermişdi. O müddətdən indiyə kimi isə maarifləndirmə nəticəsində hadisələrin sayı 60 faizə qədər azalıb".

Oxşar xəbərlər

Ötən ay azad edilmiş ərazilərdə 649 mina zərərsizləşdirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ötən ay azad edilmiş ərazilərdə 767 mina zərərsizləşdirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ötən həftə azad edilmiş ərazilərdə 97 mina zərərsizləşdirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ötən ay 767 mina və 3301 PHS aşkarlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azad edilmiş ərazilərdə daha 330 mina, 450 PHS aşkarlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər