Azərbaycan artıq öz istehsalı olan minatəmizləyən maşınlardan istifadə edir - RƏSMİ
sizinxeber.az xəbər saytı

Azərbaycan artıq öz istehsalı olan minatəmizləyən maşınlardan istifadə edir - RƏSMİ


Azərbaycanda artıq minatəmizləyən maşınlar istehsal olunur. Onlar tank və piyada əleyhinə minaları aşkarlayır. Bu maşınlar hazırda istifadədədir.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Maarifləndirmə, Beynəlxalq və İctimaiyyətlə Əlaqələr İdarəsinin müdir müavini Fərhad İsayev “Azərbaycanda əlilliyi olan şəxslərin və mina qurbanlarının hüquqlarının müdafiəsi” mövzusunda keçirilən dəyirmi masada deyib.

Əhalinin maarifləndirilməsi məsələsinin vacibliyinə toxunan Fərhad İsayev bildirib:

“İndiyədək ANAMA-nın müvafiq idarəsi tərəfindən 445 min 232 nəfər üçün mina təhlükəsi barədə maarifləndirmə tədbiri keçirilib, 150 mindən çox çap materialı paylanılıb. Ümumi olaraq təhlükəli ərazilərdə 925 xəbərdaredici işarə, nişan quraşdırılıb”.

Oxşar xəbərlər

ANAMA-nın avtobusu Laçında qəzaya uğradı: yaralılar var [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ombudsman əlilliyi olan şəxslərin hüquqlarının təmini ilə bağlı maarifləndirici vəsait hazırlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Antiterror tədbirlərindən sonra Qarabağda 3 000-dən çox tank, 10 000-dən artıq piyada əleyhinə mina aşkarlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
MN rəsmisi: “Zərərsizləşdirilmiş partlayıcılar arasında kustar üsulla hazırlananları da var” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zəngilanda 4 yeni SES-in tikintisinə başlanıldı [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər