MDB PA-dan olan müşahidəçi: Səsvermə zamanı heç bir pozuntu halı qeydə alınmayıb
Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində müşahidəçilər səsvermə zamanı heç bir pozuntu halı qeydə almayıblar.
Bu barədə "Sizinxeber.az"a açıqlamasında Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyasından (MDB PA) olan beynəlxalq müşahidəçi, Belarus parlamentinin üzvü Dmitri Juk bildirib.
“Bu, bu gün ziyarət etdiyimiz beşinci məntəqədir. Deyə bilərəm ki, seçki kampaniyası çox mütəşəkkil şəkildə keçirilir, seçki məntəqələri lazım olan hər şeylə təchiz olunub. Bundan əlavə, bütün məntəqələrdə müşahidəçilər iştirak edirlər. Vətəndaşların gəlib namizədlərini seçmələri üçün hər cür şərait yaradılıb. Aydındır ki, bunun arxasında Mərkəzi Seçki Komissiyasının böyük təşkilati işləri dayanır”, - o vurğulayıb.
Onun sözlərinə görə, indiyə qədər, prinsipcə, heç bir pozuntu halı aşkar edilməyib.
Oxşar xəbərlər
Məntəqə sədri: Səsvermənin gedişində heç bir pozuntu halları qeydə alınmayıb
MDB PA-nın koordinatoru: Azərbaycanda müşahidəçilərin işləməsi üçün hər cür şərait yaradılıb
Xanlar Mövsümov: Seçkilər qanunauyğun keçirilir, heç bir pozuntu aşkarlanmayıb
Azərbaycanda növbədənkənar parlament seçkilərini 110 mindən çox yerli müşahidəçi izləyəcək
MSK sədri: Hamını seçkilərdə fəallığa səsləyirəm
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
ASCO-nun "Süleyman Vəzirov" borudüzən gəmisi təmirdən sonra istismara qaytarılıb
-
Mərdəkanda dənizdə batan 4 nəfərdən 2-nin meyiti tapılıb - YENİLƏNİB
