IPC-nin baş katibi: Azərbaycan demokratik prinsiplərə sadiqliyini nümayiş etdirib
sizinxeber.az xəbər saytı

IPC-nin baş katibi: Azərbaycan demokratik prinsiplərə sadiqliyini nümayiş etdirib


Azərbaycan demokratik prinsiplərə və təsisatlara sadiqliyini nümayiş etdirib.

"Report" xəbər verir ki, bunu Beynəlxalq Parlamentarilər Konqresinin (International Parliamentarians Congress, IPC) baş katibi Sitara Ayaz Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərini şərh edərkən deyib.

“Biz ona yaxın seçki məntəqəsində olduq və seçkilərə yaxşı hazırlıq səviyyəsini və tam şəffaflığı qeyd etmək istəyirik”, - o bildirib.

Sitara Ayaz səsvermə prosesinin də yaxşı təşkil olunduğunu vurğulayıb. “Hər şey çox yüksək səviyyədə keçib, heyət çox yaxşı hazırlanıb, bəzi seçki məntəqələri isə əlilliyi olan şəxslərin səs verməsi üçün avadanlıqla təchiz olunub”, - o qeyd edib.

Sonda baş katib IPC ilə Azərbaycan arasında gələcək əməkdaşlığa ümidvar olduğunu bildirib.

Oxşar xəbərlər

Pakistanlı müşahidəçi: Azərbaycanda seçicilər üçün bütün lazımi şərait yaradılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Beynəlxalq Parlamentarilər Konqresinin Baş katibi: Seçkilərin nəticələrini səbirsizliklə gözləyirik - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
İPC-nin Baş katibi: Seçkilər təzyiq və məcburiyyət olmadan keçib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Uqandalı müşahidəçi: Seçki prosesi demokratik norma və qaydalara uyğun keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya MSK-nın katibi: "Səsvermə prosesi ilə bağlı müşahidə və təəssüratlarımız müsbətdir" [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər