“Gənclik Mall”da şərti yanğın söndürülüb
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin təşkilatçılığı ilə “Gənclik Mall” ticarət mərkəzində “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda təlim keçirilib.
Bu barədə "Sizinxeber.az"a FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN-in müvafiq canlı qüvvə və texnikasının cəlb edildiyi təlimin keçirilməsində məqsəd “Gənclik Mall” ticarət mərkəzinin kollektivinə fövqəladə hallar, o cümlədən yanğın zamanı davranış qaydalarının aşılanması, habelə belə obyektlərdə mümkün yanğınlar zamanı yanğından mühafizə bölmələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi olub.
Təlimin nəzəri hissəsində FHN-in əməkdaşları ticarət mərkəzinin kollektivinə fövqəladə hallar, o cümlədən yanğınlar zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat veriblər. Həmçinin, tədbir iştirakçılarına ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib, suallar cavablandırılıb.
Təlimin praktiki hissəsində şərti yanğınla əlaqədar “Həyəcan” siqnalı verildikdən sonra Dövlət Yanğından Mühafizə Xidməti Nərimanov rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri operativ qaydada hadisə yerinə çataraq, “yanğınla mübarizə” tədbirlərinə başlayıblar. Şərti yanğın baş vermiş ticarət mərkəzində təxliyə planına uyğun olaraq işçilərin təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, şərti xəsarət almış şəxslərə “ilkin yardım göstərilib”, “yanğın qısa müddətdə söndürülüb”.
Oxşar xəbərlər
FHN Penitensiar Xidmətin əməkdaşları üçün təlim keçirib - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sumqayıt Muğam Mərkəzinin binasında yanğın-taktiki təlim keçirilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fövqəladə Hallar Nazirliyi “Gənclik” stansiyasında təlim keçirib - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Fövqəladə Hallar Nazirliyi tərəfindən metroda təlim keçirilib - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Binə bazarında yanğın olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












