Sumqayıt Muğam Mərkəzinin binasında yanğın-taktiki təlim keçirilib - FOTO
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin təşkilatçılığı, Dövlət Yanğın Nəzarəti Xidməti və Sumqayıt Regional Mərkəzinin iştirakı ilə Sumqayıt şəhərində yerləşən Muğam Mərkəzinin binasında “Teatr-tamaşa müəssisələrində mümkün yanğınların söndürülməsi və insanların təxliyəsinin təşkili” mövzusunda yanğın-taktiki təlim keçirilib.
APA FHN-ə istinadən xəbər verir ki, təlimin keçirilməsində əsas məqsəd Sumqayıt şəhəri ərazisində yerləşən teatr-tamaşa müəssisələrinə məxsus binalarda yanğın baş verdikdə əraziyə cəlb olunan yanğın-xilasetmə qüvvələrinin qarşılıqlı fəaliyyətinin daha da təkmilləşdirilməsi, bu kimi obyektlərdə mümkün yanğınların söndürülməsi və xilasetmə üzrə şəxsi heyətin peşəkar bacarıqlarının gücləndirilməsi, habelə obyektin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə biliklərinin artırılması olub.
Təlim zamanı baş vermiş şərti yanğın yerinə operativ çatan FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsi və Sumqayıt Regional Mərkəzinin qüvvələri obyektin aidiyyəti əməkdaşları ilə qarşılıqlı fəaliyyətdə işçilərin “təhlükəli ərazidən” təxliyə edilməsi, “yanğın” yerində çevik kəşfiyyatın aparılması və “yanğının söndürülməsi” əməliyyatlarını uğurla yerinə yetiriblər.
Təlim başa çatdıqdan sonra əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
Təlimə ümumilikdə FHN-in 7 ədəd texnikası və 32 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.
Oxşar xəbərlər
FHN Penitensiar Xidmətin əməkdaşları üçün təlim keçirib - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Fövqəladə hallar könüllüləri” proqramı üçün seçilənlər təlimlərə cəlb edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sumqayıtda binada yanğın olub, 2 nəfər tüstüdən zəhərlənib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN-in Muğan Regional Mərkəzi təlim keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xırdalanda yaşayış binasında yanğın olub, sakinlər təxliyə olunub - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












