Naxçıvan Ombudsmanı Şahbuzda mina partlayışı nəticəsində yaralanmış şəxsə baş çəkib
Naxçıvan Ombudsmanı Şahbuz rayonunda baş vermiş mina partlayışı nəticəsində yaralanmış şəxsə baş çəkib.
"Report"un yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva muxtar respublikanın Şahbuz rayonunun Ermənistanla təmas xətti olmuş və minalardan təmizlənməmiş "Qanlıgöl" yaylağı adlanan ərazisində baş vermiş mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almış Şərur rayon sakini 2005-ci il təvəllüdlü Bəxtiyar Sultanovu ziyarət edib.
O, B.Sultanovun müayinə və müalicə olunduğu müəssisədə onunla görüşüb, sağlamlıq hüququnun təmini vəziyyəti ilə bağlı məlumat alıb, tezliklə sağalmasını diləyib.
Görüş zamanı Müvəkkil bildirib ki, Ermənistanın vaxtilə Azərbaycan ərazilərində basdırdığı minalar mülki şəxslərin həyatına təhlükə yaratmaqda davam edir. Müvəkkil mina basdırılmış ərazilərin dəqiq xəritələrinin Azərbaycna təqdim edilməməsinin sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin olunmasına ciddi maneə törətdiyini vurğulayıb.
Oxşar xəbərlər
Naxçıvan Ombudsmanı Şahbuzdakı mina partlayışına münasibət açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şahbuzda minaya düşərək xəsarət alan şəxsin vəziyyəti açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şərur sakininin Şahbuzda minaya düşməsi faktı ilə bağlı araşdırma aparılır - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şahbuz sakininin minaya düşərək xəsarət alması faktı ilə bağlı araşdırma aparılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Şahbuzda şəxsin minaya düşməsi faktı ilə bağlı araşdırma aparılır - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












