Cəlilabadda seçki məntəqələrinin üzvləri üçün treninqlərə başlanılıb
sizinxeber.az xəbər saytı

Cəlilabadda seçki məntəqələrinin üzvləri üçün treninqlərə başlanılıb


71 saylı Cəlilabad şəhər seçki dairəsi üzrə seçki məntəqələrinin üzvləri üçün seçki günündəki hərəkətlər və məntəqənin protokolunun doldurulması qaydaları mövzusunda treninqlərə başlanılıb.

"Report"un Muğan bürosunun məlumatına görə, 4 gün davam edəcək tədbirdə seçkinin tam şəffaf və demokratik keçirilməsi üçün müzakirələr, diskussiyalar əsas yer alacaq.

Qeyd edək ki, 71 saylı Cəlilabad şəhər seçki dairəsində 7 namizəd qeydə alınıb. 3 namizəd partiya tərəfindən, 4 namizəd isə öz təşəbbüsü ilə namizədliyini irəli sürüb. 51 442 seçicisi olan seçki dairəsinin hüdudları daxilində 54 seçki məntəqəsi texniki cəhətdən tam hazırlıq vəziyyətinə gətirilib, elektrik generatorları işlək vəziyyətdədir. 14 məntəqədə VEB kameralar quraşdırılıb. Seçici siyahıları dəqiqləşdirilib və bildirişlərin paylanmasına başlanılıb.

Oxşar xəbərlər

Azərbaycanda deputatlığa namizədə xəbərdarlıq edilib - EKSKLÜZİV

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər