MSK sədri: Artıq 6343 daimi seçki məntəqəsi seçkiyə hazırdır
sizinxeber.az xəbər saytı

MSK sədri: Artıq 6343 daimi seçki məntəqəsi seçkiyə hazırdır


Artıq 6343 daimi seçki məntəqəsi seçkiyə hazırdır.

“Sizinxeber.az” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, 1000 məntəqədə quraşdırılmış vebkameraların 972-dən görüntülər var: "Digərlərində isə kabel xətləri təzələnir və daha keyfiyyətli formaya salınır".

MSK sədri həmçinin bildirib ki, azad edilmiş ərazilərdə də 34 daimi seçki məntəqəsi hazırdır, eyni zamanda müvəqqəti məntəqələr də olacaq.

Oxşar xəbərlər

Azad edilən ərazilərdəki seçki məntəqələrinin sayı artırılır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər