Cinayət Məcəlləsinə yeni maddələr əlavə edilib - DTX araşdıracaq
Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və “Terrorçuluğa qarşı mübarizə haqqında” Qanununda dəyişiklik edilməsi barədə Qanun təsdiq edilib.
Sizinxeber.az xəbər verir ki, dəyişikliklərə görə, Cinayət Məcəlləsinə yeni 214-4-cü maddə əlavə olunub. Həmin maddə terror təşkilatı yaratmağa və ya ona rəhbərlik etməyə görə ayrıca cinayət məsuliyyəti müəyyən edir.
Bununla yanaşı, Cinayət Məcəlləsinin 282-ci (Təxribat) maddəsinin yeni redaksiyası müəyyən edilmişdir. Belə ki, artıq süni intellekt texnologiyalarından və xüsusi proqram təminatlarından istifadə etməklə əhalinin həyat təminatı və kritik informasiya infrastrukturu obyektlərinin, enerji və nəqliyyat infrastrukturunun, telekommunikasiya şəbəkələrinin normal fəaliyyətinin pozulmasına yönəlmiş əməllər də xüsusilə ağır cinayət olaraq təxribat cinayətləri hesab olunacaq.
Eləcə də, Azərbaycan Respublikasının müdafiə qabiliyyətini, iqtisadi təhlükəsizliyini və elmi-texniki potensialını zəiflətmək məqsədilə müxtəlif üsullarla törədilmiş digər əməllər də təxribat hesab olunacaqdır.
Azərbaycan Respublikası Prezidentinin 08.05.2026-cı il tarixli Fərmanı ilə sadalanan cinayətlərə görə ibtidai araşdırma aparmaq səlahiyyətinin Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə aid olduğu müəyyən edilib.
Oxşar xəbərlər
Azərbaycanda terror fəaliyyəti ilə bağlı yeni cəzalar təsdiqlənib
Azərbaycanda terror fəaliyyəti ilə bağlı yeni cəzalar qəbul edilib
Azərbaycanda terror fəaliyyəti ilə bağlı yeni cəzalar ilk oxunuşda qəbul edilib
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşib
Terror fəaliyyəti ilə bağlı YENİ CƏZALAR MÜƏYYƏNLƏŞDİ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
