sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Keçmiş məcburi köçkün: Körpələr Cəbrayılda xoşbəxt yaşayacaq
“Körpələr Cəbrayılda xoşbəxt yaşayacaq”.
Bu sözləri “Report”a açıqlamasında bu gün Cəbrayıl şəhərinə qayıdan keçmiş məcburi köçkün Səkinə Aslanova deyib.
“Bu gün çox xoşbəxtəm və ən gözəl hisslər keçirirəm. İlləir sonra vətən həsrəti bitir. Cəbrayılda rahat və sevincli günlər yaşamaq istəyirəm. Allah bütün keçmiş məcburi köçkünlərə öz doğma yurdlarına qayıtmağı nəsib eləsin. Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!”, - deyə o qeyd edib.
Xatırladaq ki, bu gün Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınır. Bu mərhələdə 44 ailə (166 nəfər) öz doğma yurduna köçürülür.
Oxşar xəbərlər
Xuraman Əsədova: Cəbrayıla qayıdan kimi azad torpaqları qarış-qarış gəzəcəyəm
Şuşaya qayıdan sakin: Bu günü 32 il həsrətlə gözləmişik
Cəbrayıl sakini: "Ən böyük arzumuz bu gün çin olur"
Cəbrayıl sakini: Ağrılı-acılı günlər keçmişdə qaldı
Keçmiş məcburi köçkün: "30 yaşında çıxdığım Şuşama 65 yaşında qayıdıram"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













