Politoloq: "Sputnik Azərbaycan"ın əməkdaşlarının saxlanılmasına səbəb jurnalist fəaliyyətləri deyil
Rusiya Jurnalistlər İttifaqının "Sputnik Azərbaycan"ın əməkdaşlarının jurnalist fəaliyyətlərinə görə saxlanılması ilə bağlı iddiaları əsassızdır.
Bunu “Sizinxeber.az”a açıqlamasında politoloq Ülviyyə Zülfiqar deyib.
Onun sözlərinə görə, hər kəsə məlumdur ki, "Sputnik Azərbaycan”ın əməkdaşları jurnalist fəaliyyətinə görə saxlanılmayıblar:
"Fevral ayında Agentliyin fəaliyyətinin dayandırılmasına baxmayaraq, onlar yerləşdikləri ölkənin verdiyi qərara hörmət etməyiblər. Bundan başqa, həmin şəxslərin saxlanma əməliyyatı zamanı agentliyin ofisində olmaları göstərir ki, bu şəxslər qeyri-qanuni olaraq fəaliyyət göstəriblər. Bütün bunlar saxlanılanların fəaliyyətinin hansı istiqamətdə olmasının sübutudur".
O bildirib ki, “Sputnik”in Avropa Birliyinin digər ölkələrində bloklanması, ümumiyyətlə, bu agentliyin fəaliyyətinin jurnalist fəaliyyətindən uzaq olmasının göstəricisidir:
"Düşünürəm ki, Rusiya Jurnalistlər İttifaqının müraciətini əsassız hesab etmək olar. Onlar Azərbaycanda saxlanılan şəxslər barədə müraciət etmək əvəzinə, həmin şəxslərin göstərdikləri fəaliyyət barədə yaxşı olar ki, bir araşdırma etsinlər. Agentliyin yerləşdiyi ölkənin qərarlarına niyə hörmət qoymadıqları ilə bağlı həmin müraciətə izahat versinlər. Bu şəxslərə jurnalist donu geyindirərək sırf fəaliyyətlərinə görə saxlandıqları kimi qələmə vermək elə özü jurnalist etikasına ziddir”.
Ü.Zülfiqar əlavə edib ki, Rusiya Jurnalistlərinin Birliyi öz daxilində olan problemlərə də diqqət yetirməlidir.
Xatırladaq ki, Mətbuat Şurası bəyanatla çıxış edərək bildirib ki, "Sputnik Azərbaycan" ölkədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin filialı kimi fəaliyyət göstərib.
Oxşar xəbərlər
"Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilir
Araz Əzimov: “Sputnik-Azərbaycan”ın ofisində həyata keçirilən tədbirlər ilə bağlı Rusiya tərəfinin iradları əsassızdır
Kreml: Rəsmi Bakı ilə "Sputnik Azərbaycan"ın saxlanılan əməkdaşları məsələsini müzakirə etməyi planlaşdırırıq
"Sputnik-Azərbaycan" işinə görə beş nəfər polis nəzarətinə verilib
Mətbuat Şurası: "Sputnik Azərbaycan" Rusiya Federal Təhlükəsizlik Xidmətinin filialından başqa bir şey deyildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













