Diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı münasibətilə Gülüstan sarayında rəsmi qəbul təşkil olunub
sizinxeber.az xəbər saytı

Diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı münasibətilə Gülüstan sarayında rəsmi qəbul təşkil olunub


“Azərbaycanın xarici siyasəti suverenliyin bərpasından sonra: prioritetlər və çağırışlar” mövzusunda diplomatik xidmət orqanlarının rəhbərlərinin IX müşavirəsi çərçivəsində diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı münasibətilə Gülüstan sarayında rəsmi qəbul və konsert proqramı təşkil olunub.

APA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yaylıb.

Məlumata görə, rəsmi qəbulda Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun duayeni Məhəmməd Adil Embarş çıxış edərək peşə bayramı günü münasibətilə diplomatik xidmət orqanları əməkdaşlarına təbriklərini çatdırıb, onlara fəaliyyətlərində uğurlar arzu ediblər.

Oxşar xəbərlər

Bakıda diplomatik xidmət rəhbərlərinin IX müşavirəsi keçirilir
XİN-in müşavirəsində çoxtərəfli diplomatiya müzakirə olunub - YENİLƏNİB
Azərbaycanda üç yeni peşə bayramı günü təsis edilib
TDT Baş katibi Azərbaycan diplomatlarını peşə bayramı münasibətilə təbrik edib
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri Kəlbəcərə gedir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər