Milli Azərbaycan Tarixi Muzeyində “Unutmadıq Xocalı” tamaşası nümayiş olunub
sizinxeber.az xəbər saytı

Milli Azərbaycan Tarixi Muzeyində “Unutmadıq Xocalı” tamaşası nümayiş olunub


Milli Azərbaycan Tarixi Muzeyində Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə C.Naxçıvanski adına Hərbi Liseyin kursantları, Bakı şəhəri məktəblərinin şagirdləri, muzey əməkdaşları iştirak ediblər.

Muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsinin müdiri Fəridə Şəmsi çıxış edərək, nümayiş olunan "Xocalı yaddaşımız" adlı fotosərgi barədə məlumat verib. Onun sözlərinə görə, sərgidə Azərbaycan Fotoqraflar Birliyinin (AFB) fotoarxivinə məxsus 36 fotoşəkil nümayiş olunub. Fotoların müəllifləri Mirnaib Həsənoğlu, Şahvələd Eyvazov, Xalid Əsgərov, İlqar Cəfərov və Oleq Litvindir.

Şöbənin baş mütəxəssisi Aynur Babayeva faciədə yüzlərlə dinc, günahsız azərbaycanlıların qətlə yetirildiyini xatırladıb. “Xocalı faciəsi XX əsrin ən dəhşətli soyqırımlarından biridir. 1992-ci il fevralın 26-da erməni silahlı qüvvələri tərəfindən Xocalı şəhərində törədilən qətliamın məqsədi xalqımızı doğma torpaqlarından qovmaq və işğal siyasətini davam etdirmək idi”, - deyə o əlavə edib.

Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şairə Zərəngiz Dəmirçi faciə dəhşətlərinin unudulmamasının və gənclərin vətənpərvərlik ruhunda böyüməsinin vacibliyini vurğulayıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı Zəfər Azərbaycan xalqının qürur və birlik rəmzinə çevrilərək, dövlətimizin gücünü və müstəqilliyimizin sarsılmazlığını bütün dünyaya nümayiş etdirdi.

Azərbaycan Fotoqraflar Birliyinin təsisçilərindən biri Mirnaib Həsənoğlu Xocalı faciəsində şahid olduğu dəhşətlərdən söhbət açıb.

Bədii hissədə Günay Uşaq Teatrı tərəfindən Zərəngiz Dəmirçinin “Cavab ver” poeması əsasında səhnələşdirilmiş “Unutmadıq Xocalı” tamaşası nümayiş olunub. Səhnə əsərinin rejissoru Larisa Tarusovadır.

Oxşar xəbərlər

Mikrobiologiya İnstitutunda Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vətən müharibəsi şəhidinin xatirəsinə həsr olunan anım mərasimi keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“CNN Türk” telekanalı: Xocalı – əbədi yaşar faciə [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rumıniyada 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Topqapı Universitetində Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle